satellite   Azerspace-1: 11135 H 30000

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq - FOTOLAR

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq<font color=red> - FOTOLAR</font> Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq<font color=red> - FOTOLAR</font> Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq<font color=red> - FOTOLAR</font> Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq<font color=red> - FOTOLAR</font> Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq<font color=red> - FOTOLAR</font>

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

NTV  xəbər verir ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsilə ziyarətçilərə çatdırılır. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM