satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

NTV xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM