satellite   Azerspace-1: 11135 H 30000

Hava sabah axşamadək yağıntılı olacaq

Hava sabah axşamadək yağıntılı olacaq

Azərbaycanda oktyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən NTV-yə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-17, gündüz 19-21 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi proqnozlaşdırılır. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM