satellite   Azerspace-1: 11135 H 30000

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis olunur

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis olunur

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətə başlamasının 20 illiyi münasibətilə xüsusi yubiley medalı təsis edilir.

NTV xəbər verir ki, bu barədə məsələ Milli Məclisin mayın 23-də keçirilmiş plenar iclasında müzakirəyə çıxarılıb. İclasda “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim olunub.

Qanun layihəsi deputatlar tərəfindən müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.

Sözügedən yubiley medalı Məhkəmə-Hüquq Şurasının yaranmasının 20 illiyi münasibətilə bu sahədə xüsusi xidmətləri olmuş şəxslərin təltif olunması məqsədini daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM