satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev: Ölkələrimizə xaricdən müdaxilə cəhdləri var və olacaq

İlham Əliyev: Ölkələrimizə xaricdən müdaxilə cəhdləri var və olacaq

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə daxildə sabitlik olsa da, təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq.

NTV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev  mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

“Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM