satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib

Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

NTV xəbər verir ki, gündəlikdə duran məsələnin -Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il 20 may tarixli təklifi Ali Məclisə daxil olub.

Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra "Rafail Cəbrayıl oğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı oxunub və səsə qoyularaq qəbul edilib.

Rafail Quliyev çıxış edərək göstərilən etimada görə minnətdarlıq edib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini bildirib.

Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Rafail Quliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM