satellite   Azerspace-1: 11135 H 30000

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Avstriya Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

NTV-nin məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu yaxınlarda Azərbaycanın və Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlmələri ümid mənbəyidir və biz perspektiv vəd edən bu inkişafı alqışlayırıq. Biz yalnız Ermənistanla müqavilənin mümkün qədər tez imzalanmasını təşviq edə və bununla da hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı üçün bu münaqişəni qəti şəkildə başa çatdıra bilərik.

Fürsətdən istifadə edərək, Sizin və ailənizin rifahı, eləcə də Azərbaycan xalqının əmin-amanlığı və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM