satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib - FOTOLAR

Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib<font color=red> - FOTOLAR</font> Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib<font color=red> - FOTOLAR</font> Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib<font color=red> - FOTOLAR</font> Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib<font color=red> - FOTOLAR</font> Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib<font color=red> - FOTOLAR</font> Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib<font color=red> - FOTOLAR</font> Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib<font color=red> - FOTOLAR</font> Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib<font color=red> - FOTOLAR</font>

Mayın 20-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib.

Müdafiə Nazirliyindən NTV-yə verilən xəbərə görə, Əvvəlcə Şəhidlər xiyabanına gələn İtaliya nümayəndə heyəti ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdirib.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik Kərim Vəliyev italiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-polkovnik Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-İtaliya hərbi əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi önəm kəsb etdiyi bildirilib, maraq doğuran bir sıra digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM