satellite   Azerspace-1: 11135 H 30000

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur.

Bu barədə  NTV-yə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.

Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.

Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələrinin, ekspertlərin və tədqiqatçıların iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində “Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial inkişafa elmi töhfə”, “Regional sosial təşəbbüs” nominasiyaları üzrə müsabiqə keçiriləcək. Habelə “İlin gənc sosial innovatoru”, “Sosial transformasiya lideri/təşəbbüskarı”, “Sosial sahənin inkişafına davamlı töhfəyə görə” nominasiyaları üzrə fərdi mükafatlar veriləcək.

Müsabiqənin qalibləri konfrans zamanı elan edilərək mükafatlandırılacaqlar.

Tədbir haqqında daim yenilənən məlumatları əldə etmək üçün DOST Agentliyinin rəsmi sosial media hesablarını izləmək tövsiyə edilir.

Feysbuk: https://www.instagram.com/dost.agentliyi

İnstaqram: https://www.instagram.com/dost.agentliyi

X: https://x.com/dostagentliyi

Xatırladaq ki, SocGov (sosial idarəetmə) brendi çərçivəsində ilk beynəlxalq konfrans ötən il beynəlxalq təşkilatlardan, 20-yə yaxın ölkədən 450 nəfərədək şəxsin iştirakı ilə Bakı şəhərində keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM