satellite   Azerspace-1: 11135 H 30000

Mahaçqalada sel fəlakəti

Mahaçqalada sel fəlakəti

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada və bir sıra rayonlarda baş verən güclü sel və daşqınlar nəticəsində 130 kənddə elektrik enerjisi təchizatı kəsilib, fövqəladə vəziyyət rejimi elan edilib.

NTV RF FHN-nin regional idarəsinə istinadla xəbər verir ki, səkkiz rayonda elektrik enerjisi kəsilib, nəticədə 132 yaşayış məntəqəsi işıqsız qalıb. Axşam saatlarında elektrik enerjisinin bərpa ediləcəyi vəd olunub.

Mahaçqalada sel suları yaşayış məntəqələrini, o cümlədən təxminən 20 evi basıb, Zareçnaya küçəsini dağıdıb. Yollarda böyük gölməçələr əmələ gəlib, avtomobillər su altında qalıb və tıxac yaranıb. Xilasedicilər üç uşaq da daxil olmaqla 83 nəfəri təxliyə edib, daha dörd nəfər isə xilas edilib.

Dərbənddə çayların daşaraq məcrasından çıxması nəticəsində yollar su altında qalıb, avtomobillər aşıb.

Mahaçqala meri Cambulat Salavov daşqının güclü yağışlar nəticəsində baş verdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Mahaçqalada sel fəlakəti

19:56 28.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM