satellite   Azerspace-1: 11135 H 30000

Britaniya XİN Türkiyəyə qırıcı təyyarələrin satışı ilə bağlı danışıqların uğuruna əmindir

Britaniya XİN Türkiyəyə qırıcı təyyarələrin satışı ilə bağlı danışıqların uğuruna əmindir

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Türkiyəyə “Eurofighter Typhoon” qırıcılarının satışı ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə əmindir.

NTV-nin  məlumatına görə, diplomat bunu Ankaraya səfəri ərəfəsində “Hürriyet” qəzetinə açıqlamasında deyib.

"Biz “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə mümkün ixracı məsələsində irəliləyişə nail olmağa davam edirik və əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşının hamısı bu satışı dəstəkləyəcək", - D.Lemmi qeyd edib. Onun fikrincə, Türkiyəyə “Eurofighter”in satışı "NATO-nun əsas müttəfiqləri arasında onilliklər boyu inkişaf edən dostluq əlaqələrini gücləndirəcək".

Qeyd edək ki, Böyük Britaniya, İspaniya və İtaliya əvvəldən Ankaraya qırıcıların satışına qarşı olmayıb, lakin “Eurofighter”i istehsal edən konsorsiumun iştirakçısı olan Almaniya bu sövdələşməyə icazə verməyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə bəyan edib ki, Ankara qırıcıların alınması ilə bağlı danışıqları davam etdirir və onların müsbət nəticələnəcəyinə ümid edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM