satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib - VİDEO

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayədə heyəti səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov nümayəndə heyətinin rəhbəri general-leytenant Burhan Aktaş ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Nümayəndə heyətinə ƏÜO-nun Döyüşü İdarəetmə Mərkəzinin fəaliyyəti bərədə məlumat verilib.

Təlim və Tədris Mərkəzində müxtəlif sinif otaqlarına, simulyasiya mərkəzinə və trenajorlar zalına baxış keçirilib.

Sonda tarixi-mədəniyyət abidələri ziyarət olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM