satellite   Azerspace-1: 11135 H 30000

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb - FOTOLAR

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb<font color=red> - FOTOLAR</font> Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb<font color=red> - FOTOLAR</font> Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb<font color=red> - FOTOLAR</font> Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb<font color=red> - FOTOLAR</font>

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın ilkin mərhələsində şəxsi heyətin müvafiq qeydiyyat işləri aparılıb. Həkim müayinəsindən keçmiş hərbi vəzifəlilərə hərbi geyim və digər zəruri təminat vasitələri verilib.

Ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə təlim toplanışı müddətində Azərbaycan Ordusunun arsenalında olan silah və hərbi texnikalardan istifadə qaydaları, müasir dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğun taktiki hazırlıq məşğələləri və digər təlimlər keçiriləcək.

Aprelin 28-nə qədər keçiriləcək təlim toplanışının əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM