Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin konserti keçirilib

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin konserti keçirilib

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Heydər Əliyev Sarayında  baş tutan konsert 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunub.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik, Kamera, Estrada və Xalq Çalğı Alətləri Orkestrləri, Mahnı və Rəqs Ansamblı, Filarmoniyanın və Naxçıvan Şəhər Ə. Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin xor kollektivləri iştirak ediblər.

Konsert proqramı sözləri Nəbi Xəzriyə, musiqisi Xalq artisti Müslüm Maqomayevə məxsus olan möhtəşəm “Azərbaycan” mahnısı ilə başlayıb. Daha sonra Hacıbaba Hüseynovun “Durnam”, Ələkbər Tağıyevin “Mənim dünyam”, Vasif Allahverdiyevin “O yollar”, Emin Sabitoğlunun “Güllər”, Hökümə Nəcəfovanın “Kaş ki, gözəl olmayaydım”, Vahid Axundovun “Naxçıvan” və digər bir-birindən maraqlı əsərlər, xalq mahnıları, xalq rəqsləri və xor əsərləri səsləndirilib. Musiqi əsərlərini Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov, Azərbaycan Respublikasının əməkdar artistləri Tural Nəcəfov və Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Zülfüqar Mahmudov, Ruhiyyə Hüseynova və Tural Bağırov, həmçinin digər ifaçılar Habil Qasımov, Nərmin Hüseynova və İlkin Abdullayev təqdim ediblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM