satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanı su ilə təmin edən hidrotexniki qurğular yenidən qurulacaq

Naxçıvanı su ilə təmin edən hidrotexniki qurğular yenidən qurulacaq

Naxçıvan Muxtar Respublikasını su ilə təmin edən hidrotexniki qurğular yenidən qurulacaq və əsaslı təmir ediləcək.

NTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, "Qaraçuq-1" nasos stansiyası və nasos stansiyasından qidalanan, Naxçıvançayın sol və sağ sahilində Babək rayonuna xidmət edən, həmçinin, Əlincəçaydan və Bənəniyar su anbarından qidalanan hidrotexniki qurğular yenidən qurulacaq.

Bundan başqa, Şahbuz rayonunda əkin sahələrinin suvarılmasına xidmət edən, Kəngərli rayonunda Arpaçaydan qidalanan, həmçinin, Şərur rayonunda Arpaçaydan qidalanan hidrotexniki qurğular, eyni zamanda, Şərur rayonunda Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətləri də yenidən qurulacaq.

Eyni zamanda, Sədərək rayonunda Araz çayından qidalanan, Ordubad rayonunda Araz çayından və Gilançaydan qidalanan, həmçinin, Culfa rayonunda Araz çayından qidalanan hidrotexniki qurğular isə əsaslı təmir ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM