Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
NTV-nin məlumatına görə, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.
Qalibiyyət sayəsində ölkənin aktivinə 0,500 əmsal əlavə olunub. Azərbaycan (24,187) hazırda reytinqdə 24-cü sıradadır. 25-ci mövqedə İsrail (24,125), 23-cü yerdə Ukrayna (24,337) qərarlaşıb.
Xatırladaq ki, UEFA reytinqində İngiltərə (104,019) liderdir.
