İranın xarici işlər naziri Abbas Əraqçi ilə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub.
NTV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) "X"dəki hesabında məlumat yayıb.
Bildirilir ki, telefon danışığında regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.
Əraqçi qətərli həmkarını İran və ABŞ arasında dolayı danışıqların son vəziyyəti barədə məlumatlandırıb.
Hər iki tərəf diplomatik prosesi asanlaşdırmaq və irəlilətmək məqsədi daşıyan məsləhətləşmələrin davam etdirilməsini vurğulayıblar.
