satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunub

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunub

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan edilib.

MEMİM-dən NTV-yə bildirilib ki, “Gilavar Foto Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan müsabiqə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilir və işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni və dini abidələrimizə həsr olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd həvəskar və peşəkar fotoqrafların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin zəngin tarixi-mədəni irsinə fərqli rakurslardan yanaşması və eyni zamanda, Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix və mədəniyyət abidələrimizə diqqət çəkməkdir.

Həm peşəkar, həm də həvəskar fotoqrafların iştirak edə biləcəyi müsabiqəyə hər iştirakçı maksimum 3 fotoiş təqdim edə bilər. Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda (jpeg formatında, 300 dpi) təqdim edilməli, fotoların uzun tərəfi 3 min piksel, ölçüsü isə 3 MB-dan çox olmamalıdır.

Fərqlənən iştirakçılar sertifikatla, qaliblər isə diplom və pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqədə iştirak etmək istəyən şəxslər sentyabrın 30-dək bu link vasitəsilə qeydiyyatdan keçməli və fotoişlərini təqdim etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Naxçıvanda avtobus yanıb

15:16 10.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM