satellite   Azerspace-1: 11135 H 30000

NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub - FOTOLAR

NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetində 10 Mart – Azərbaycan Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

NTV xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Teatr və mədəniyyətşünaslıq” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova çıxışında Milli Teatr Gününün hər il qeyd olunmasının artıq ənənə halını aldığını vurğulayıb. Bildirib ki, bu münasibətlə müxtəlif teatr nümunələri hazırlanaraq tamaşaçılara təqdim olunur və belə tədbirlərin təşkil olunması bu sənətə marağın artırılmasında əhəmiyyətli rol oynayır.

Universitetin “Teatr və mədəniyyətşünaslıq” kafedrasının müəllimi, rejissor Nurbəniz Bağırovanın rəhbərliyi altında “Aktyor sənəti” ixtisası üzrə II kurs tələbələrinin iştirakı ilə yazıçı-dramaturq Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa Tələbə Teatr Studiyasının səhnəsində nümayiş etdirilib.

Bədii rəhbəri Gülxarə Əhmədova, quruluşçu rəssamı isə Cavid İsmayılov olan bu səhnə işi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra NDU-nun rektoru Elbrus İsayev çıxış edərək əlamətdar gün münasibətilə aktyorları təbrik edib, muxtar respublikada, eləcə də ölkə və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə universiteti uğurla təmsil edən tələbələrin fəaliyyətini yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, tələbələrin qazandıqları nailiyyətlər universitet üçün əsas qürur mənbəyidir.

Elbrus İsayev həmçinin əlavə edib ki, ali təhsil müəssisəsində aktyorluq sahəsi üzrə ölkənin tanınmış sənət adamları tədris prosesinə cəlb olunur və bu da gənc aktyorların peşəkar formalaşmasına mühüm töhfə verir.

Çıxışının sonunda rektor Tələbə Teatr Studiyasının fəaliyyətini yüksək qiymətləndirərək bu sahədə çalışan hər kəsə uğurlar arzulayıb. Bildirib ki, belə əlamətdar günlər teatr sənətinin yaşadılması, gənc aktyorların yetişdirilməsi və milli teatr irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda universitetin mədəni həyatının zənginləşdirilməsinə verdiyi töhfələrə və 2025-ci il ərzində göstərdiyi səmərəli fəaliyyətinə görə İncəsənət fakültəsinin bir qrup müəllim və tələbəsi təşəkkürnamə ilə təltif olunub. 

 Badəm Əliyeva

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM