Bu əlamətdar gün münasibətilə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekokönüllülər üçün Zəngəzur Milli Parkına ekskursiya təşkil olundu.
Gənclər bölgənin zəngin flora və faunası, nadir növlər və ekosistemlər haqqında yerində məlumat alıb, təbiətlə birbaşa ünsiyyət quraraq biomüxtəlifliyin qorunmasının əhəmiyyətini daha dərindən dərk ediblər.
