E.L. Voyniçin məşhur “Ovod” romanı əsasında səhnələşdirilən tamaşanın böyük premyerası Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutub
NTV xəbər verir ki, Teatrsevərlərin böyük maraqla gözlədiyi tamaşa ölkənin tanınmış aktyorlarının ifasında nümayiş olunub.
Əsərin mərkəzində Gənclər Hərəkatının üzvü olan Artur Bertonun dramatik taleyi dayanır. Onun ruhani olan atası Padre Montanelli ilə münasibətləri, sevdiyi Cemmaya olan sevgisi və inqilabi mübarizəsi tamaşada yüksək emosional tonlarla təqdim olunur. Din, inam, məyusluq, azadlıq uğrunda mübarizə və şəxsi faciələrlə zəngin bu əsər dünya ədəbiyyatında özünəməxsus yer tutur.
Səhnədə çıxış edən aktyorlar:
Ziya Ağa, Vidadi Həsənov, Oksana Rəsulova, İlqar Cahangir, Şamil İbrahimov, Cavid Baba, Tural Rza və digər tanınmış simalardır.
