satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Ovod”u oynamaq həm həyəcanlı, həm də qürurverici idi - Xalq artisti Vidadi Həsənov

Naxçıvanda “Ovod”u oynamaq həm həyəcanlı, həm də qürurverici idi<font color='red'> - Xalq artisti Vidadi Həsənov</font>

NTV-yə müsahibəsində Xalq artisti Vidadi Həsənov “Ovod” tamaşasının Naxçıvanda nümayişindən danışıb.

Bu gün ilk dəfədir ki, Naxçıvanda səfərdə olduğumuz zaman dünyaca şöhrətli “Ovod” tamaşasını oynadıq. Açığını deyim ki, çox həyəcanlı idik. Düşünürdük: görəsən, necə olacaq, tamaşaçı bizi necə qarşılayacaq?..

Amma şükürlər olsun, tamaşa sona çatdı və hiss etdik ki, gördüyümüz iş tamaşaçıların xoşuna gəldi. Bu, bizi də çox sevindirdi.

İnşallah, sabah yenə tamaşaçılarla görüşəcəyik. Bu fürsətdən istifadə edib tamaşaya baxmaq istəyən hər kəsi dəvət edirik. Gəlsinlər, bizimlə bu hissi, bu sənət yolunu paylaşsınlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM