satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə növbəti görüşünü keçirib.

AMB-dən NTV-yə bildirilib ki, görüş zamanı sığorta sektorunun cari ilin birinci yarımili üzrə fəaliyyət nəticələri və bazarda müşahidə olunan əsas inkişaf meyilləri, eləcə də qarşıdakı dövr üzrə perspektivlər müzakirə olunub.

Bundan əlavə, sığorta məhsullarının çeşidliliyinin artırılması, əhalinin və biznes subyektlərinin sığorta xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin daha da dərinləşdirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM