satellite   Azerspace-1: 11135 H 30000

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb - FOTOLAR

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb<font color=red> - FOTOLAR</font>

İyulun 10-da Bakıda Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb.

NTV xəbər verir ki, “TDT ölkələrində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin anlaşılması: ortaq çağırışlar, birgə həllər" mövzusuna həsr olunan forum TDT məkanında maliyyə kəşfiyyatı orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və maliyyə cinayətləri ilə mübarizə sahəsində vahid yanaşmaların formalaşdırılması məqsədini daşıyır.

Forumda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, eləcə də üzv ölkələrin maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri və digər yüksək səviyyəli qonaqlar iştirak edirlər.

Açılış mərasimində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan uğurlu islahatlar və əldə edilmiş nəticələr barədə məlumat verib. Vurğulanıb ki, dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə ədalətli bazar və sağlam maliyyə münasibətlərinin davamlı inkişafını, müasir tələblərə cavab verən maliyyə sisteminin formalaşmasını təmin edib.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın maliyyə kəşfiyyatı orqanları rəhbərlərinin iştirakı ilə rəhbərlər paneli keçiriləcək. Paneldə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, maliyyə cinayətləri ilə mübarizədə qarşıda duran çağırışlar və birgə fəaliyyət istiqamətləri barədə müzakirə aparılacaq, mövzu üzrə təqdimatlar ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM