satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb

Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasıüzrə uçotda olan vergi ödəyicilərinin sayı 55 711-ə çatıb.

NTV-nin məlumatına görə, onların 94,7 %-ini fiziki şəxslər, 5,3 %-ini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 % artıb. Bu dövrdə fiziki şəxslərin sayı 6,8 %, hüquqi şəxslərin sayı isə 4,4 % yüksəlib.

Hesabat dövründə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artaraq 1 911-ə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Bu ilin yanvar–iyun aylarında qeydiyyata alınan kommersiya qurumlarının 86,7 %-i elektron qaydada, 13,3 %-i isə kağız daşıyıcısı əsasında qeydiyyatdan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM