satellite   Azerspace-1: 11135 H 30000

Bakı–Naxçıvan–Bakı aviareysi üzrə bu ilin altı ayında 367 mindən çox sərnişin daşınıb

Bakı–Naxçıvan–Bakı aviareysi üzrə bu ilin altı ayında 367 mindən çox sərnişin daşınıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ilin yanvar-iyun aylarında Bakı–Naxçıvan–Bakı xətti üzrə 1 868 reys həyata keçirib və 367,651 sərnişin daşınıb.

Bu barədə NTV-yə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.

Bildirilib ki, bu ilin ilk 6 ayı ərzində AZAL sərnişin təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində də bir sıra yenilikləri istifadəyə verib: "Aviaşirkət onlayn əlavə baqaj xidmətinin 32 kiloqramadək genişləndirilməsini təmin edib, onlayn bilet alışı zamanı "Stopover" xidmətinin əlavə edilməsi imkanını yaradıb, "Rental Car" xidmətini istifadəyə verib. Eyni zamanda, Çin sərnişinləri üçün "Alipay" və "WeChat Pay", Özbəkistan vətəndaşları üçün isə "HUMO" və "UZCARD" ödəniş sistemləri ilə inteqrasiya həyata keçirilib. Bundan əlavə, "Bakcell" ilə əməkdaşlıq çərçivəsində aviaşirkətin sərnişinləri üçün xüsusi rouminq paketləri təqdim olunub. Ötən dövr ərzində aviaşirkət uçuşların təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat fəaliyyətinin davamlılığını təmin edib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM