satellite   Azerspace-1: 11135 H 30000

Mariam Kvrivişvili: “Yaşıl Enerji Dəhlizi” üzrə Bakıdakı nazirlər görüşü çox məhsuldar keçib

Mariam Kvrivişvili: “Yaşıl Enerji Dəhlizi” üzrə Bakıdakı nazirlər görüşü çox məhsuldar keçib

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Bakıda keçirilən nazirlərin 12-ci görüşündə tərəflər - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya əsas texniki-iqtisadi əsaslandırma hesabatlarını təsdiqləyib, bu mərhələni başa çatdırıblar. Həmçinin layihənin gələcək addımlarını müəyyən etmək üçün ətraflı fəaliyyət planı hazırlanıb.

NTV xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

Nazirliyin yaydığı məlumatda deyilir ki, nazirlər səviyyəsində keçirilən görüşdə tərəflər mövcud imkanları və regionun Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsindəki artan rolunu müzakirə ediblər. Bununla yanaşı, nazirlər, qlobal enerji sektorunda mövcud olan imkanları və regionun Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsindəki artan rolunu müzakirə ediblər.

“Gürcüstan və Azərbaycan yaşıl dəhliz, eləcə də ölkələrimizdə davam edən enerji islahatları və ümumilikdə sektorun inkişaf perspektivləri kontekstində səylərimizi birləşdirmək, eyni zamanda, Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə vermək üçün sıx əməkdaşlığa davam edirlər. Görüş zamanı Gürcüstanın enerji siyasəti, hökumətin bu sektorun inkişafı üçün hazırladığı onillik plan barədə ətraflı danışmaq imkanı əldə etdik. Bizim vəzifəmiz bu sektora investisiyaların cəlb edilməsini təmin etməkdir”, - deyə nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM