satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib - YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib<font color='red'> - YENİLƏNİB</font>

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya mənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

NTV xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

13:52

Bu gün Azərbaycandan tranzit keçməklə 30 vaqon Rusiya mənşəli, 1 026 ton propan qazı Ermənistana göndəriləcək.

NTV xəbər verir ki, qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM