satellite   Azerspace-1: 11135 H 30000

Hesablama Palatasının sədri: Yaşıl və rəqəmsal satınalmalar dövlət auditinin yeni prioritetləridir

Hesablama Palatasının sədri: Yaşıl və rəqəmsal satınalmalar dövlət auditinin yeni prioritetləridir

Ali audit orqanlarının fəaliyyətində yaşıl satınalmalar, sosial satınalmalar, rəqəmsal satınalmalar və riskəsaslı audit yanaşmaları xüsusi əhəmiyyət kəsb edir.

NTV xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu yanaşmaların tətbiqi audit fəaliyyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır:

“Dövlət satınalmalarının auditində əsas diqqət 4 fundamental suala yönəldilməlidir. Dövlət bazardan düzgün qiymətə alıbmı, proses minimum resursla həyata keçirilibmi, satınalma planlaşdırılan nəticəni veribmi, rəqabətli və şəffaf mühit təmin olunubmu? Məhz bu meyarlar dövlət vəsaitlərinin səmərəli istifadəsinin və dövlət proqramlarının nəticəliliyinin obyektiv qiymətləndirilməsinə imkan yaradır”.

Vüqar Gülməmmədov vurğulayıb ki, dövlət satınalmalarının effektiv auditi yalnız maliyyə intizamını möhkəmləndirmir, həm də iqtisadi artımın sürətlənməsinə, rəqabət mühitinin inkişafına və cəmiyyətin dövlət institutlarına etimadının güclənməsinə xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM