2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 10,8 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin müvafiqi dövrü ilə müqayisədə 7 ölkə azdır, xidmət dəyəri isə 1,5 dəfə çoxdur.
NTV İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun nömrəsinə istinadla xəbər verir ki, bu dövr ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib. Xidmət təqdim olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan, İsveç və Misir böyük paya sahibdir.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,8 milyon dollar ilə Birləşmiş Krallıq, 1,3 milyon dollar ilə Lüksemburq, 490 min dollar ilə Türkiyə, 486 min dollar ilə Pakistan, 187,2 min dollar ilə İsveç qərarlaşıb.
