Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda ümumi dəyəri 500 milyon avroya yaxın olan layihələri maliyyələşdirib.
NTV xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, QDTİB Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutlarından biridir. Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığının uzun tarixi var. Ölkəmiz 1994-cü ildən bankla əməkdaşlıq edir. Bu müddət ərzində bank tərəfindən Azərbaycanda ümumi dəyəri təxminən 500 milyon avroya yaxın olan müxtəlif layihələr maliyyələşdirilib. Həmin layihələr arasında yerli banklar vasitəsilə kiçik və orta biznesə ayrılan maliyyə dəstəyi ən mühüm istiqamətlərdən biri hesab olunur.
