satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın xarici ticarət dövriyyəsi 18 %-dən çox artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 18 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 47,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə NTV-yə  Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 18,4 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4,5 milyon ABŞ dolları ixracın, 42,6 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,5 %, idxal isə 16,9 % artıb.

Son nəticədə xarici ticarətdə 38,1 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 14,8 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM