2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda mis konsentratı istehsalı 3236,1 ton və ya 7,1 dəfə artaraq 3767,4 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 2585,7 ton və ya 15,7 dəfə artaraq 2762,1 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə mis konsentratı istehsalı 531,3 ton, hazır məhsul ehtiyatı isə 176,4 ton təşkil edib.
