satellite   Azerspace-1: 11135 H 30000

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib - FOTOLAR

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib<font color=red> - FOTOLAR</font> Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib<font color=red> - FOTOLAR</font> Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib<font color=red> - FOTOLAR</font>

Energetika naziri Pərviz Şahbazovla Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus arasında görüş keçirilib.

Nazirlikdən NTV-yə bildirilib ki, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz tədarükünün əhəmiyyəti diversifikasiyanın təmin olunması, əlverişli qiymətlərin formalaşması, ətraf mühitin qorunması və Yunanıstanın enerji habı kimi rolunun gücləndirilməsi kontekstində yüksək qiymətləndirilib. Bildirilib ki, ötən il Yunanıstana qaz təchizatı 1,1 milyard kubmetr təşkil edib. Ümumilikdə isə TAP istismara verildikdən sonra Azərbaycandan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac olunub.

Görüş zamanı enerji sahəsində mövcud uğurlu əməkdaşlığın digər istiqamətlər üzrə də genişləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə yaşıl enerji, enerji səmərəliliyi və innovativ texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycan ilə Yunanıstan arasında İqtisadi, Sənaye və Texnoloji Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının Afinada keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Bundan əlavə, Yunanıstan tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM