Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 523 min barel təşkil edib.
NTV bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir.
Ötən ilin dekabr ayı ilə müqayisədə dekabr ayında BTC ilə neft nəqli 7 % və ya gündəlik 39 min barel azalıb.
2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin eyni dövründə boru kəməri ilə neft nəqli 14 % və ya 86 min barel azalıb.
Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.
