Azərbaycanın İqtisadiyyat Nazirliyi və "haimaker.AI Inc." şirkəti Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosistemin hazırlanması üzrə potensial tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.
NTV ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) istinadən xəbər verir ki, imzalanma mərasiminin Vaşinqtonda USACC-nin 30 illiyi münasibətilə keçiriləcək tədbir çərçivəsində baş tutması gözlənilir.
Memorandumu ABŞ-də səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və "haimaker.AI Inc." şirkətinin baş direktoru və həmtəsisçisi Su Le imzalayacaqlar.
Azərbaycan nümayəndə heyətinin ABŞ-nin biznes ictimaiyyətinin nümayəndələri ilə bir sıra görüşləri də gözlənilir.
