satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan buğda idxalını 57 % artırıb

Azərbaycan buğda idxalını 57 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 419 min 105 ton buğda idxal edib.

NTV  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 90 milyon 535 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 152 min 496 ton (57,1 %), dəyər baxımından isə 30 milyon 838 min ABŞ dolları (51,6 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM