satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

Azərbaycan Prezidenti: Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq.

NTV xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.

“Mən bunu qeyd etdim və Baş nazirin də qeyd etdiyi ki, Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz-resurs bazamın kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik, 10-u Avropa ölkəsi, onlardan 8-i i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, nəinki Avropa, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerdədir. Bizim gələcəkdə qaz ehtiyatlarını işlənməsi nəzərdə tutulur” – deyə dövlət başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM