Naxçıvanda vergi sahəsində yumşaq keçid davam edir

Naxçıvanda vergi sahəsində yumşaq keçid davam edir

Şəffaflaşma məqsədilə Naxçıvan Muxtar Respublikasında 2023-cü il və 2024-cü ilin hesabat dövründə yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirləri minimuma endirilib.

Yalnız bu ilin aprel ayından başlayaraq preventiv xarakter daşıyan vergi nəzarəti tədbirləri həyata keçirilib ki, aprel-sentyabr ayları ərzində nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 1 faizini təşkil edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu  Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

o bildirib ki, muxtar respublikada “Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nın icrası nəticəsində 1 oktyabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8.039 vahid artaraq 11.098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4.712 vahid artıb.

Xəbər lenti
Zurab Sereteli vəfat edib

10:57 22.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM