satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı artıb

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı artıb

Bu ilin 9 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 76 lisenziya verilib, büdcəyə 43,6 min manat vəsait ödənilib.

Muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 3307 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,1 dəfə artıb.

Naxçıvan televiziyası xəbər verir ki,  bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM