Aprelin 4-dən 7-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata görə, Sədərək rayonundan başlayaraq fasilələrlə yağıntılı hava müşahidə olunacaq, bəzi ərazilərdə yağıntının intensivləşəcəyi, dolu düşəcəyi ehtimal edilir.
Dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.
Qərb küləyi 5–10 m/s təşkil edəcək, arabir 15–18 m/s-dək güclənəcək.
Əhalidən ehtiyatlı olmaları, əlverişsiz hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur.
