Azərbaycanda bu il birinci yarısında 15 420 cinayət qeydə alınıb.
NTV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.
Bildirilib ki, bu cinayətlərin 90,7 %-nin açılması təmin edilib.
Ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilib.
Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Prokurorluq orqanları tərəfindən 563 apellyasiya və 155 kassasiya protestləri verilib, 355 apellyasiya və 55 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmələr tərəfindən yol verilmiş hüquqi xarakterli uyğunsuzluqlar aradan qaldırılıb.
