satellite   Azerspace-1: 11135 H 30000

Baş idarə Yevlax və Lənkəranda əməliyyat keçirib, 76 kq narkotik ələ keçirilib

Baş idarə Yevlax və Lənkəranda əməliyyat keçirib, 76 kq narkotik ələ keçirilib

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Yevlaxda əməliyyat keçirilib.

Bu barədə NTV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, əməliyyatlarla əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.

Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM