Ağdam rayonunda, Xaçınçay su anbarında üç nəfər batıb.
Bu barədə NTV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
