satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb - FOTOLAR

İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

İrandan Azərbaycana 55 kiloqram 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə NTV-yə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.

Nəticədə aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM