satellite   Azerspace-1: 11135 H 30000

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun hücumçusu Ayvan Touni yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

NTV  "talkSPORT"a istinadən xəbər verir ki, "Kristal Pelas" forvardı heyətinə qatmaq variantını nəzərdən keçirir.

Komanda 30 yaşlı oyunçunu qış "transfer pəncərəsi"ndə ala bilər. Futbolçunun özü də AVRO-2028-də İngiltərə millisinin heyətinə düşmək şanslarını artırmaq istədiyi üçün vətəninə dönməyə müsbət yanaşır.

Bu yaxınlarda "Kristal Pelas"ın yeni baş məşqçisi təyin olunan Tomas Frank əvvəllər "Brentford"da da Toniyə rəhbərlik edib.

Qeyd edək ki, A.Toni cari mövsümdə bütün turnirlərdə keçirdiyi 16 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" hücumçunu 20 milyon avro dəyərində qiymətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM