satellite   Azerspace-1: 11135 H 30000

Slovakiyada məktəbdə zərərli maddə sızıntısı olub, 40 nəfər xəstəxanaya yerləşdirilib

Slovakiyada məktəbdə zərərli maddə sızıntısı olub, 40 nəfər xəstəxanaya yerləşdirilib

Slovakiyanın qərbindəki Modra şəhərində pedaqoji məktəbdə zərərli maddənin sızması səbəbindən 40 nəfər xəstəxanaya yerləşdirilib.

NTV xəbər verir ki, bu barədə TASR məlumat yayıb.

Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun məlumatına görə, xəstəxanaya yerləşdirilənlər arasında 15-17 yaşlarında 25 yeniyetmə var.

Təhsil müəssisəsinin şagirdlərini və əməkdaşlarını təxliyə etmək üçün xilasedicilər, yanğınsöndürənlər və polis cəlb olunub. Bəzi zərərçəkənlər tibb müəssisələrinə sanitar aviasiya helikopterləri ilə çatdırılıblar.

Sızmanın səbəbi və şagirdlərlə məktəb əməkdaşlarının təsirinə məruz qaldığı maddənin növü hələlik müəyyən edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM