satellite   Azerspace-1: 11135 H 30000

İspaniya millisi dünya çempionatı mükafatına görə 15 milyon dollar vergi ödəyəcək

İspaniya millisi dünya çempionatı mükafatına görə 15 milyon dollar vergi ödəyəcək

İspaniya milli futbol komandası dünya çempionatında qazandığı mükafatın təxminən 30 faizini ABŞ-də vergi kimi ödəyəcək.

NTV xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Futbol Federasiyası (FIFA) adətən dünya çempionatına ev sahibliyi edən ölkələrlə iştirakçı komandalar üçün vergi güzəştləri barədə razılıq əldə edir. Lakin ABŞ hakimiyyəti İspaniya yığmasının futbolçularını vahid komanda kimi deyil, ölkə ərazisində gəlir əldə edən ayrı-ayrı vergiödəyiciləri kimi qiymətləndirib. Nəticədə komandanın ödəyəcəyi verginin ümumi məbləğinin təxminən 15 milyon dollar olacağı bildirilir.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin final görüşündə İspaniya millisi əlavə vaxtda Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM