satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisi futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala yüksəlib - FOTOLAR

Azərbaycan millisi futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala yüksəlib<font color=red> - FOTOLAR</font> Azərbaycan millisi futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala yüksəlib<font color=red> - FOTOLAR</font> Azərbaycan millisi futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala yüksəlib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası Parisdə təşkil olunan Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala vəsiqə qazanıb.

NTV xəbər verir ki, yığmamız yarımfinalda Kot d`İvuar kollektivinə 6:0 hesabı ilə qalib gəlib. Komandamızın finaldakı rəqibi ABŞ seçməsi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.

Qeyd edək ki, futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku Xüsusi Olimpiya Hərəkatının təşkil etdiyi, əqli məhdudiyyətli və əqli məhdudiyyəti olmayan idmançıların eyni komandada mübarizə apardığı beynəlxalq turnirdir. Yarış ilk dəfə bu il Parisdə keçirilir. Qadınların mübarizəsində 12 milli komanda qüvvəsini sınayır.

Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku əqli məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirməyi, inklüziv idmanın inkişafını, futbol vasitəsilə bərabərlik və həmrəyliyi təşviq etməyi hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM