satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib

"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

NTV-nin məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM